Bundesliqanın 25-ci turunda "Verder"lə matç (3:1) "Bavariya"nın futbolçusu Robert Levandsovski üçün əlamətdar olub.
Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı hücumçu görqşdə fərqlənməklə yerli çempionatda vurduğu qolların sayını 268-ə çatdırıb. Beləliklə, o, turnir tarixinin bombardirləri siyahısında Klaus Fişer ilə ikinci pilləni bölüşmüş olub.
Bundesliqa tarixinin bombardiri 365 qolla Herd Müllerdir.(qol.az)
















