• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

La Liqada növbəti “El-Klassiko”

İDMAN

10 Aprel 2021 | 09:43

La Liqada növbəti “El-Klassiko”

Aprelin 10-da İspaniya çempionatında ən çox gözlənilən qarşılaşma baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, La Liqanın 30-cu turu çərçivəsində Madrid “Real”ı ilə “Barselona” üz-üzə gələcək.

Görüş kral klubunun “Alfredo di Stefano” stadionunda keçiriləcək.

Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, hazırda “Real” 63 xalla çempionatda üçüncü, “Barselona” isə 65 xalla ikinci pillədə qərarlaşıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026