• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusa yoluxan həkim küçədə SAXLANILDI

CƏMİYYƏT

20 Aprel 2021 | 09:59

Koronavirusa yoluxan həkim küçədə SAXLANILDI

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

H. Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayadırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026