q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Könülün qızından XƏBƏR VAR: "...yardıma ehtiyacı var"

CƏMİYYƏT

18 Aprel 2026 | 18:30

Könülün qızından XƏBƏR VAR: ...yardıma ehtiyacı var

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. 

Bakıvaxtı.az xəbər verir ki, Ləman müalicə üçün Türkiyəyə göndərilib. Şair Nazilə Səfərli Ləman üçün maddi yardım istəyib. O bildirib ki, Ləmanın müalicəsi üçün pula ehtiyac var:

"Könül xanımın qızını xəstəxanadan çıxara bilmirik. Boğazı deşilib, uzun müddətdir yemək yeyə bilmir. Anasının öldüyünü yeni öyrənib. Bir neçə xeyriyyəçi birləşib 20 min pul yığıb, yardım etdi. Amma yenə də boğazdakı deşiyi tikmək olmur. Yardıma ehtiyac var. Ailə əvvəl kart qoymağa utanırdı. İndi kartı qoyuram (5243754444345027). Hərə 1 manat versin, yardım edin qız ayağa qalxsın".

Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Ləman əvvəl Bakıda müalicə alsa da sonradan onu müalicə üçün Türkiyəyə göndəriblər./Axşam.az 


SON XƏBƏRLƏR