Kamboca kralı Norodom Sihamonidə prostat xərçəngi aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə kral özü məlumat yayıb.
72 yaşlı Norodom Sihamoninin sözlərinə görə, o, diaqnoz qoyulduğu Çində müalicə alacaq. O və anası Kraliça Norodom Moninet fevralın sonlarında müntəzəm müayinələr üçün Pekinə gediblər.
Monarx xərçənginin mərhələsini açıqlamayıb.
Siamoninin atası Kral Norodom Sihanouka da 1993-cü ildə prostat xərçəngi diaqnozu qoyulub. Müalicədən sonra o, 2012-ci ilə qədər yaşayıb.
Bakı 




