q
  • Bakı 11° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

İranın neft tədarükü problemi: alternativ yollar axtarılır

    DÜNYA

    28 Aprel 2026 | 16:50

    İranın neft tədarükü problemi: alternativ yollar axtarılır

    Hörmüz boğazının bağlanması ilə İrana məxsus nəhəng neft tankerləri Çabahar limanı sahillərində gözləyir.

    Bakıvaxtı.az xəbər verir ki, peyk görüntüləri və “Windward” dəniz kəşfiyyatı şirkətləri tərəfindən aparılan təhlillərə görə, 6-8 supertanker Fars körfəzinin xaricində, Çabahar limanı sahillərində ABŞ blokadasının sərhədində boş dayanır.

    “Vortexa Ltd.”nin məlumatlarına görə, təxminən 155 milyon barel İran xam nefti hazırda dünya miqyasında tranzitdə və ya tankerlərdə gözləyir.

    Mütəxəssislərin fikrincə, quruda yerləşən anbarların və limanlarda tankerlər tamamilə dolması ilə İran neft quyularını bağlamaq məcburiyyətində qala bilər.

    İran ixrac kanallarını genişləndirmək üçün 20-30 illik tankerləri yenidən işə salır. Gəmi izləmə məlumatlarına görə, 3 ildir heç bir yük daşımayan 30 illik supertanker “Nasha” ötən həftə yenidən siqnal verməyə başlayıb. İki milyon barel tutumu olan nəhəng tanker İranın əsas ixrac bazası olan Hark adasına doğru hərəkət edib.

    Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib.


    SON XƏBƏRLƏR