• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İmişlidə ağır qəza: yaralılar var

HADİSƏ

09 Mart 2024 | 21:22 | Müəllif: Subhan Mahmudov

İmişlidə ağır qəza: yaralılar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 16 radələrində İmişli-Biləsuvar yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Dadaş oğlu Kərimov və Şahmar Ələkbər oğlu Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Kəllə-beyin travması alan Şahin Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026