• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

CƏMİYYƏT

10 Mart 2025 | 14:25 | Müəllif: Əli Hüseynov

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

Azərbaycanda internetin sürəti zəif deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".

O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026