• Bakı C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Gürcüstanda yanacaq bahalaşdı

DÜNYA

08 Aprel 2026 | 21:44

Gürcüstanda yanacaq bahalaşdı

Gürcüstanın brend yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yanacağın qiyməti yenidən artıb.

Bakıvaxtı.az xəbər verir ki, son 4 gündə qiymət artımı 5–15 tetri arasında dəyişib. Nəticədə, cari il martın 9-dan bu günə qədər yanacağın qiyməti 35–90 tetri artıb.

Hazırda bəzi yanacaqdoldurma məntəqələrində "Super" markalı benzin 3,99 lariyə (46 tetri artım), "Premium" markalı benzin 3,59 lariyə (52 tetri artım), "Euro Regular" isə 3,45 lariyə (48 tetri artım) satılır.

Ən çox bahalaşma dizel yanacağında qeydə alınıb. Belə ki, "Euro Diesel" markalı dizel yanacağı 3,97 lariyə (90 tetri artım), "Effektive Diesel" isə 3,69 lariyə (85 tetri artım) alıcılara təklif olunur.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların gecikməsi qlobal neft bazarına təsir edir.


SON XƏBƏRLƏR