• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Goranboyda ağır qəza: ölən və yaralanan var

HADİSƏ

26 Avqust 2025 | 09:14

Goranboyda ağır qəza: ölən və yaralanan var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy–Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

    Qəza nəticəsində 1989-cu il təvəllüdlü A. Həsənova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü F. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Oktyabr 2026
    03 Oktyabr 2026