• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Gəncədə qətl törədildi

HADİSƏ

01 Oktyabr 2022 | 09:29

Gəncədə qətl törədildi

Gəncədə kişi bıçaqlanaraq qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. Fuad Abdulhəmidov naməlum şəxs tərəfindən ərazidə bıçaqlanıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsinə aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR