• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa 46 ölkədən kömək istədi

CƏMİYYƏT

30 Mart 2024 | 12:10

Fransa 46 ölkədən kömək istədi

Fransadakı Makron administrasiyası Moskvadakı terror aktından sonra ölkədə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırdıqdan sonra 4 ay sonra keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyi üçün də hərəkətə keçdi.

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyi bir çox ölkələrin Paris Olimpiya Oyunları zamanı təhlükəsizliyə kömək etmək üçün qoşun göndərəcəyini açıqlayıb. 
Nazirlik bu təşəbbüsün “vətəndaş beynəlxalq əməkdaşlığı” baxımından tez-tez istifadə olunan bir üsul olduğunu da vurğulayıb.

Fransaya Aİ ölkələri, ABŞ, Avstraliya, Cənubi Koreya, Cənubi Afrika və Hindistan da daxil olmaqla 46 ölkədən 35-i artıq müsbət cavab verib.

Xarici ölkələr tərəfindən yaradılan koalisiya qüvvələrini qatar stansiyalarında, hava limanlarında, otellərdə və ya fanat zonalarında olanların təhlükəsizliyi üçün 500-dən çox partlayıcı aşkar edə bilən polis itləri müşayiət edəcək. Xarici komandalarda atlı patrul polisi, pilotsuz uçuş aparatları və ya mina əleyhinə mütəxəssislər də iştirak edəcək. Fransanın müdafiə naziri Sebastien Lecornunun sözlərinə görə, Olimpiadaya 18 min fransız əsgəri, o cümlədən hava nəzarətinə cavabdeh olan 3 min hava işçisi səfərbər olunacaq. Oyunlar zamanı 46 ölkədən, təxminən, 2185 xarici polis məmuru və jandarm qüvvələrinin Fransa qüvvələri ilə birlikdə çalışacağı gözlənilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026