• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Evdə yanğında xəsarət alan ər-arvad öldü

CƏMİYYƏT

26 Sentyabr 2023 | 10:01

Evdə yanğında xəsarət alan ər-arvad öldü

Ötən gün Kürdəmirdə evdə baş verən yanğın zamanı ağır xəsarətlər alan ər və arvad dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Belə ki, yanğın zamanı ağır yanıq xəsarətləri alan kənd sakinləri - ər və arvad, 1986-cı il təvəllüdlü Zərballyev Vüsal Hətəmxan oğlu və 1988-ci il təvəllüdlü Zərballyeva Şəbnəm Xidmət qızı həkimlərin səyinə baxmayaraq, Bakıda vəfat ediblər.

Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026