• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Ermənistan da uşaqların sosial şəbəkələrə girişinə qadağa qoya bilər

DÜNYA

03 Aprel 2026 | 14:40

Ermənistan da uşaqların sosial şəbəkələrə girişinə qadağa qoya bilər

Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasının mümkünlüyü nəzərdən keçirilir.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Ümumi Təhsil Departamentinin rəhbəri Tamara Sarqsyan bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi bu məsələni Əmək və Sosial Məsələlər Nazirliyi və Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə müzakirə edir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, uşaqların rəqəmsal müdafiəsi prioritetdir, dövlət rəqəmsal mühitdə uşaqların qorunması üçün kifayət qədər alətlərin və normativ aktların mövcudluğuna əmin olmalıdır:

"Bütün əsas imkanların, risk və problemlərin müəyyən edilməsi üçün araşdırma aparılır. Yalnız tam mənzərə aydın olduqdan sonra hansı veb-saytların bloklanacağının vacibliyi məlum olacaq".


SON XƏBƏRLƏR