• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Peşə təhsili müəssisələrinə qəbulda qadınların payı artır – STATİSTİKA

CƏMİYYƏT

03 Aprel 2026 | 13:37

Peşə təhsili müəssisələrinə qəbulda qadınların payı artır – STATİSTİKA

Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı təqdimatda qəbul prosesində qadınların iştirakına dair diqqətçəkən statistika açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, rəqəmlərə əsasən, peşə təhsili müəssisələrinə qəbul olan qadınların sayı 10 488 nəfər təşkil edir. 

Bu isə ümumi qəbulun 40%-i deməkdir. 

Təqdimatda qeyd olunub ki, qadınların payının 50 faizdən çox olduğu 40 ixtisas mövcuddur. 

Ümumilikdə isə qadınların müraciət edib qəbul olunduğu ixtisasların sayı 127-dir.

Təhlillər göstərir ki, 2022-ci ildə qəbulda qadınların payı 32% olub. Mövcud dinamika nəzərə alınaraq 2025-ci il üçün hədəf bu göstəricinin 40%-ə çatdırılmasıdır.

Bildirilib ki, artım tendensiyası qadınların peşə təhsilinə marağının gücləndiyini göstərir və bu istiqamətdə əlavə təşviq tədbirləri davam etdiriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR