• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR

CƏMİYYƏT

03 Aprel 2026 | 13:39

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR

“Azərsun Holdinq”in həyata keçirdiyi “Azərsun ilə Karyera Bələdçisi” adlı layihə çərçivəsində tələbələrlə görüşlər başlayıb. Layihənin əsas məqsədi ölkənin aparıcı ali təhsil müəssisələrindəki tələbələrə karyera imkanları təqdim etmək və onların peşəkar inkişafına töhfə verməkdir.

Tədbirlər çərçivəsində iştirakçılara şirkətlər qrupu haqqında ətraflı məlumat təqdim edilir. Eyni zamanda, şirkət daxilində həyata keçirilən təcrübə proqramları, iş imkanları və karyera inkişaf perspektivləri barədə geniş təqdimatlar keçirilir.

    Bununla yanaşı, tələbələr üçün praktiki təlimlər də təşkil olunur. Bu təlimlərdə iştirakçılar müsahibə mərhələləri, işə müraciət qaydaları və əmək bazarında tələb olunan əsas səriştələr barədə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

    Qeyd edək ki, layihə artıq Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetində uğurla həyata keçirilib. Növbəti mərhələdə isə Qarabağ Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Aqrar Universitetində keçirilməsi planlaşdırılır.

    “Azərsun Holdinq” gənclərin peşəkar inkişafına dəstək olan bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.


    SON XƏBƏRLƏR