Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.
Bildirilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək.
















