• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AŞPA-nın yeni prezidenti seçildi

DÜNYA

22 Yanvar 2024 | 15:41

AŞPA-nın yeni prezidenti seçildi

Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

Bakıvaxtı.az xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, yunan jurnalist və siyasətçi T.Rosopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.

O, 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026