• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “FinTech Awards 2023”ün qalibi seçildi

CƏMİYYƏT

30 Avqust 2023 | 12:41 | Müəllif: Qalib İbrahimoğlu

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “FinTech Awards 2023”ün qalibi seçildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş  “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib.

Bakıvaxtı.az xəbər verir ki, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görülüb.

Bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib. (https://www.wealthandfinance-news.com/winners/dost-digital-innovations-center/)

Müsabiqədə Azərbaycanın  sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb.  Müsabiqənin tədqiqat komandası ölkəmizin bu təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb.

"Wealth & Finance International" maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır. 

Bundan bir neçə gün əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində qalib seçilib və mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, Nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub.

 

 


DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “FinTech Awards 2023”ün qalibi seçildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR