Ötən gün Daşkəsəndə 23 yaşlı gənc oğlanın sel suları aparması nəticəsində həlak olmasının bəzi təfərruatları məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, həlak olan 23 yaşlı Elgün Orucov Təzəkənd kəndində qoyunları otlaqdan qaytaran zaman qoyunlarından bir neçəsi çaya düşüb. Selə qarışan qoyunları tutmağa cəhd edən Elgünün özü sel sularına qarışıb. Nəticədə mərhumun meyidi rayonun Qabaqtəpə kəndində piyada üçün nəzərdə tutulan körpünün yaxınlığında aşkarlanıb.
Qeyd edək ki Elgün Orucov nişanlı olub və həmin gün nişanlısına qurbanlıq aparıblarmış. Mərhumun cənazəsi Göygöl rayonunun Qızılca kəndində yaşayan atasının evinə gətirilib. Kənd qəbirstanlğında torpağa tapşırılıb./unikal
29 iyun, 21:15
Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.
Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.









jpg-1690637733.webp)





