• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Daha bir ölkə MDB-ni tərk edir

DÜNYA

15 May 2023 | 17:58

Daha bir ölkə MDB-ni tərk edir

Moldovanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının tərkibindən çıxması proseduruna başlamaq barədə qərar qəbul edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Moldova parlamentinin sədri İqor Qrossu qərar verib. 

"Mən Moldova Respublikasının MDB parlamentlərarası assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim", - Qrossu brifinq zamanı jurnalistlərə bildirib.

O, MDB strukturlarını Moldova üçün yararsız adlandırıb. 

Rəsminin sözlərinə görə, o, bu qərarı ölkə vətəndaşları, hakim partiyanın nümayəndələri, eləcə də respublika prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR