• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir gəmiyə şəhidin adı verildi

CƏMİYYƏT

29 Dekabr 2022 | 13:20 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir gəmiyə şəhidin adı verildi

Bu gün “Palmali” donanmasının sıralarına növbəti, 2022-ci ildə sonuncu gəmi qoşulub.

“Palmali Holding”dən Bakıvaxtı.az-a bildirilib ki, şirkətin qurucusu və prezidenti, xeyriyyəçi və azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə bu gəmiyə də Vətən müharibəsi şəhidinin adı verilib. Belə ki, bugündən etibarən yeni gəmi 1992-1994-cü illər Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyacaq.

Hələ bu ilin əvvəlində “Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə “Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.

Nuranə Daxilqızı


Daha bir gəmiyə şəhidin adı verildiDaha bir gəmiyə şəhidin adı verildiDaha bir gəmiyə şəhidin adı verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR