• Bakı 10° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Culfa kəndlərində işıq olmayacaq

CƏMİYYƏT

06 Aprel 2026 | 21:16

Culfa kəndlərində işıq olmayacaq

Aprelin 7-də Culfa rayonunun bir çox kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

​Bakıvaxtı.az ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Unikal"a verilən məlumata görə, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır. Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub.

​Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq.

​Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.


SON XƏBƏRLƏR