• Bakı 25° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Cəlilabadda avtomobil uşağı vurdu

HADİSƏ

20 Iyul 2026 | 00:31

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S.Mustafayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026