• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu tarixdə günəş tutulacaq

CƏMİYYƏT

12 Oktyabr 2023 | 11:11

Bu tarixdə günəş tutulacaq

Oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək.

Bu barədə Bakıvaxtı.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq. 

Ay Yerdən bir qədər uzaqlaşdığında (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur.

Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, Mərkəzi Amerika, Kolumbiya və Braziliyadan keçən dar bir zolaqda görünəcəkdir. Venesuela, Ekvador, Boliviya, Paraqvay və Çilidə isə qismən tutulma müşahidə olunacaq.  Tutulmanı Azərbaycandan izləmək mümkün olmayacaq. 

Günəş tutulmasını internet üzərindən canlı izləyə bilərsiniz.   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026