• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

BMT-nin baş katibi Sudandakı hərbi əməliyyatları pisləyib

DÜNYA

16 Aprel 2023 | 08:55 | Müəllif: Subhan Mahmudov

BMT-nin baş katibi Sudandakı hərbi əməliyyatları pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Sudanda nizami ordu ilə çevik cavab qüvvələri arasında döyüşlərin başlamasını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

"Mən Sudanda Çevik Hücum Qüvvələri ilə Silahlı Qüvvələr arasında hərbi əməliyyatların başlamasını pisləyirəm. Afrika İttifaqı və region liderləri ilə əməkdaşlıq edirəm və BMT-nin Sudan xalqını dəstəkləmək öhdəliyini təsdiqləyirəm", - Quterreş qeyd edib.

Qeyd edək ki, aprelin 15-də Sudan ordusu ilə Çevik Hücum Qüvvələri (RSF) arasında bir neçə gün davam edən gərginlikdən sonra Xartumda partlayışlar və atışma səsləri eşidilib. Mübahisə ölkənin mülki idarəçiliyə keçməsi təklifi ətrafında cərəyan edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026