• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Biləsuvarda brakonyer saxlanıldı

HADİSƏ

09 Dekabr 2021 | 10:41 | Müəllif: Qalib İbrahimoğlu

Biləsuvarda brakonyer saxlanıldı

Biləsuvarda qanunsuz ov edən şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən Biləsuvar rayon sakini Ş.Adışov saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 7 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 50 ədəd patron və digər ov alətləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Biləsuvarda brakonyer saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026