Aprelin 8-i saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilən 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Sabunçu Tibb Mərkəzinə, 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə özəl tibb mərkəzinə təxliyə edilib.
Xatırladaq ki, ötən gün Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir.
Günəş Mərd
















