• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Beşiktaş" azarkeşlərinə BƏD XƏBƏR

İDMAN

08 Mart 2025 | 18:18 | Müəllif: Subhan Mahmudov

"Beşiktaş" azarkeşlərinə BƏD XƏBƏR

Mövsümün sonunda İmmobile ilə yollarını ayırmaq qərarına gələn "Beşiktaş" yeni hücumçu axtarışlarına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mövsümün əvvəlində 10 milyon avro qarşılığında transfer olunan Çiro İmmobilenin performansı klub rəsmilərini qane etmədiyi üçün futbolçu ilə yolları ayırmaq qərarına gəliblər.

"Beşiktaş" forması ilə 31 oyunda meydana çıxan İmmobile 14 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" gələn mövsüm üçün hazırlıq planı çərçivəsində İmmobileni danimarkalı mərkəz hücumçusu Conas Uindo ilə əvəz edəcək.

Bu mövsüm Bundesliqa komandası "Volfsburq"da 26 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə çıxış edən 1.90 metrlik mərkəz hücumçusu hava toplarını effektiv bitirmə keyfiyyəti ilə tanınır./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR