• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bərdədə xəstəxananın həyətində doğuş oldu

CƏMİYYƏT

14 Sentyabr 2026 | 14:18 | Müəllif: Qalib İbrahimoğlu

Bərdədə xəstəxananın həyətində doğuş oldu

Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:

"10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.

Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır".

Məlumata görə, hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026