Gürcüstanın Batumi şəhərində dekabr ayında son 10 ilin rekord temperatur göstəricisi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Batumelebi” portalı məlumat yayıb.
Acarıstan Regional Hidrometereologiya Departamentinin məlumatına görə, Batumidə bu gün temperatur 24 dərəcəyə qədər qalxıb.
Bildirilib ki, avqust, sentyabr və oktyabr ayları soyuq olduğundan məhz dekabr ayında istilər müşahidə edilib.
















