• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Baş Prokurorluqda təyinatlar oldu

CƏMİYYƏT

06 Iyun 2024 | 15:36

Baş Prokurorluqda təyinatlar oldu

Baş Prokurorluqda təyinatlar olub.

Baş prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.

Bildirilib ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.

Qeyd olunub ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.


Baş Prokurorluqda təyinatlar olduBaş Prokurorluqda təyinatlar olduBaş Prokurorluqda təyinatlar oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026