• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AZAL Bakıdan Pekinə uçuşlara başlayır

CƏMİYYƏT

10 Oktyabr 2023 | 16:32 | Müəllif: Qalib İbrahimoğlu

AZAL Bakıdan Pekinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlayır.

Bu barədə Bakıvaxtı.az-a AZAL-dan bildirilib.

Məlumata görə. bu istiqamətdə ilk reys dekabrın 19-na planlaşdırılıb.

Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.

İki paytaxt arasında uçuşların başlanması qərarı səyahətə artan tələbatın ödənilməsi və Azərbaycan və Çin arasında dinamik inkişaf edən əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026