• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda sərnişin avtobusu piyadanı vurdu

HADİSƏ

24 Avqust 2025 | 09:04 | Müəllif: Gülşən Şərif

Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 24-nə keçən gecə Əmircan qəsəbəsi ərazisində baş verib.

1990-cı il təvəllüdlü Anar Beydullayev yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu sərnişin avtobusu vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Növbətçi həkimin verdiyi məlumata görə, A.Beydullayevin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü qaraj istiqamətində hərəkət edirmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026