• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda bu yol müvəqqəti bağlanır

CƏMİYYƏT

06 May 2021 | 17:50

Bakıda bu yol müvəqqəti bağlanır

Bakıda Bəşir Səfəroğlu küçəsinin bir hissəsi yenidənqurma işlərinə bağlanır.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Qeyd olunub ki, may ayının 7-dən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Sovetski" kimi tanınan ərazidə yerləşən "Mərkəzi Park"ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026