• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

CƏMİYYƏT

05 Yanvar 2026 | 13:34 | Müəllif: Zeynəb Rzayeva

Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR