• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Azərbaycanlı məşhur prodüser vəfat etdi

HADİSƏ

27 Yanvar 2023 | 13:17

Azərbaycanlı məşhur prodüser vəfat etdi

Tanınmış prodüser Azər Əkbərov vəfat edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə mərhumun oğlu Emil Əkbərov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Azər Əkbərov 29 sentyabr 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında film direktoru, prodüser və kastinq direktoru olaraq çalışıb.

O, “Lal”, “Təbəssüm”, “Qanun naminə”, “Qorxma, mən səninləyəm” kimi məşhur ekran işlərində direktor, kastinq və koordinator kimi çalışıb.


Azərbaycanlı məşhur prodüser vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026