• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın əməkdar memarı VƏFAT ETDİ

CƏMİYYƏT

14 Dekabr 2021 | 13:28 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın əməkdar memarı VƏFAT ETDİ

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru, Azərbaycanın əməkdar memarı Tofiq Əli oğlu Abdullayev dünyasın dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Tofiq Abdullayev 1936-cı ildə Göygöl rayonunda anadan olub. Poltexnik İnstitutunda İnşaat fakültəsininin memarlıq şöbəsində təhsil alıb.

2007-ci ildən AMİU Memarlıq fakültəsinin dekanı kimi fəaliyyət göstərib. 2009-cu ildən isə Elmi Şuranın qərarı ilə Memarlıq konsturuksiyaları və abidələrin bərpası kafederasında professor vəzifəsinə seçilib.

35 elmi əsərin və 3 kitabın, 100-dən artıq layihənin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026