• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycandan turist axını 32 % artıb

İQTİSADİYYAT

23 Aprel 2024 | 12:25

Azərbaycandan turist axını 32 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı 31,7 % artaraq 472,3 min nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb.

Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR