• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan Aİ sammitinə dəvət olunacaq

CƏMİYYƏT

05 Sentyabr 2022 | 15:10

Azərbaycan Aİ sammitinə dəvət olunacaq

“Azərbaycan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etməyə dəvət ediləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

Məlumata görə, Azərbaycanla yanaşı, İsveçrə, Norveç, Moldova, Ermənistan, Ukrayna, Gürcüstan, Albaniya, Bosniya Herseqovina, Monteneqro, Kosova, Şimali Makedoniya və Serbiya da sözügedən sammitə dəvət olunacaq.

Nəşr yazır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, Türkiyə də sammitə dəvət oluna bilər. Lakin bunun üçün bütün tərəfdaşların razılığı tələb olunacaq. Bildirilir ki, Yunanıstan və Kipr Türkiyənin görüşdə iştirakına qarşı çıxırlar.

Qeyd edək ki, sammit oktyabrın 6-sı Çexiyanın paytaxtı Praqada baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR