• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Avtomobildən külli miqdarda pul oğurlandı

HADİSƏ

03 Oktyabr 2022 | 11:09

Avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda avtomobildən 8400 manat pul oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR