• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

ŞOU

28 Iyul 2026 | 00:02

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Türkiyəli müğənni Sıla Gençoğlu barəsində aparılan narkotik araşdırması ilə bağlı sosial media hesabında açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşıb.

İstintaq çərçivəsində müxtəlif testlərdən keçən müğənni bildirib ki, bu gün açıqlanan tibbi ekspertiza rəyi onun heç bir narkotik və ya psixotrop maddə istifadə etmədiyini təsdiqləyib:

"Bu gün tibbi ekspertiza rəyi açıqlandı. Mən özümə əmin idim. Rəy mənim heç bir narkotik və ya psixotrop maddə ilə əlaqəmin olmadığını açıq şəkildə təsdiqlədi. Alnım açıq, başım dik".

Qeyd edək ki, ötən günlərdə Türkiyə Bakırköy Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində 25 məşhur saxlanılmışdı. Onlar arasında Sıla Gençoğlu da var idi./"Qafqazinfo"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026