• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Aftandil İsrafilovun bağı 1 milyona satılıb? - YENİLƏNİB

ŞOU

26 Avqust 2026 | 12:21 | Müəllif: Əli Hüseynov

Aftandil İsrafilovun bağı 1 milyona satılıb? - YENİLƏNİB

"Novxanı qəsəbəsində yerləşən və sahibi tərəfindən satışa çıxarılan bağ evi atam - Aftandil İsrafilova məxsus deyil".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Xalq artisti Aftandil İsrafilovun qızı Nigar Əliyeva deyib.

O bildirib ki, vaxtaşırı Aftandil İsrafilovun adından istifadə olunaraq bağ evinin satışa çıxması xəbərləri dərc olunur, sosial media platformalarında paylaşılır:

"Mənim atam üç il əvvəl vəfat edib. Həmin bağ evi vaxtilə bizim olsa da, çoxdan satılıb. Hazırda evi satışa çıxaran da, satan da biz deyilik. Ev başqa şəxsin mülkiyyətindədir. Ola bilər ki, həmin bağ evini mülkiyyətçi satışa çıxarıb, amma burada atamın adının hallandırılması düzgün deyil.

O bağ evi Aftandil İsrafilovun bağ evi deyil, niyə onun bağ evi kimi təqdim olunur? Kimin bağ evidir, kim satırsa, öz adı ilə satsın. Atamın adından istifadə etməsin. Onsuz da, atamın vəfatı bizi çox sarsıdıb, belə yanlış məlumatlar da bizi narahat edir".

***

09:17

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.

10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR