• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Allahşükür Paşazadə Misirə gedir

CƏMİYYƏT

17 Oktyabr 2023 | 10:26

Allahşükür Paşazadə Misirə gedir

Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür.

QMİ-dən Bakıvaxtı.az-a bildirilib ki, səfər Misirin Baş Müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. Şeyxülislam A.Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcək.

Misir dövlətinin Prezidenti Əbdülfəttah Əs-Sisi cənablarının ali himayəsi ilə baş tutan Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş Şeyxülislam A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.

Səfər çərçivəsində QMİ sədri A.Paşazadə üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin Baş İmamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmilərilə görüşlər keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026