• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

AK Prezidenti müşaviri dəyişdi

DÜNYA

07 Sentyabr 2026 | 12:53 | Müəllif: Günəş Mərd

AK Prezidenti müşaviri dəyişdi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Avropa İttifaqının müdafiə imkanlarının gücləndirilməsi və hərbi xərclərin artırılması fonunda yeni müdafiə müşaviri təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, “Politico”nun məlumatına görə, bu vəzifəyə Danimarka Silahlı Qüvvələrinin nümayəndəsi Robin Vink təyin olunub.

O, 14 aylıq ezamiyyət müddəti başa çatan Tomas Lunaunu əvəz edib.

Məlumata görə, Vink hərbçidir və ezamiyyət müddətində Avropa Komissiyasında fəaliyyət göstərəcək.

Yeni müşavirin vəzifələrinə Aİ-NATO əməkdaşlığı, terrorizmə qarşı mübarizə, böhranlara hazırlıq və böhranların idarə olunması, həmçinin kibertəhlükəsizlik məsələləri daxildir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR