• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ-də kredit mühiti dəyişə bilər

DÜNYA

15 Noyabr 2024 | 09:22 | Müəllif: Əli Hüseynov

ABŞ-də kredit mühiti dəyişə bilər

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-nin yeni siyasi mənzərəsi ilə bağlı təhlil fikirlərini yayımlayıb.

Bakıvaxtı.az qurumun yayımladığı məlumatlara istinadla xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın iqtisadi planı reallaşarsa, ölkənin kredit mühitində dəyişikliklər baş verə bilər.

Bəyanatda faiz dərəcəsi yolunun yaşayış və kommersiya daşınmaz əmlakı üçün əsas əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Həmçinin, ipoteka faizlərinin 2025-ci ildə əhəmiyyətli dərəcədə aşağı düşmə ehtimalının olmadığı bildirilib.

Açıqlamada üçüncü rübdə müsbət kredit reytinqinin mənfi olanları aşdığı, lakin faiz dərəcələrinin məhdudlaşdırıcı bölgədə qalmağa davam etdiyi üçün mənfi reytinqlərin artdığı ifadə edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR