• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-da silahlı insident nəticəsində 6 nəfər yaralandı

DÜNYA

10 Sentyabr 2021 | 09:48

ABŞ-da silahlı insident nəticəsində 6 nəfər yaralandı

ABŞ-ın İllinoys ştatının Şərqi Sent-Luis şəhərində silahlı insident baş verib.

 

Bakıvaxtı.az yerli “NBC” kanalına istinadən xəbər verir ki, polisə hadisə nəticəsində 12 yaralının olduğu bildirilib.

Lakin hadisə yerinə gələn polis atışma nəticəsində hələlik 6 nəfərin yaralandığını təsdiqləyib.

Yaralıların dəqiq sayı və hadisənin səbəbi məlum deyil.

Polisin dediyinə görə, həmin ərazidə metro qatarı ilə minik avtomobili də toqquşub. Hüquq-mühafizə orqanları bu hadisənin atışma ilə əlaqəli olub-olmadığını araşdırır.

Polis hadisənin törədilməsində şübhəli bilinən 6 nəfəri axtarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR