• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Abramoviç "Çelsi"ni onlara SATDI

İDMAN

27 May 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

Abramoviç "Çelsi"ni onlara SATDI

Rusiyalı oliqarx Roman Abramoviç “Çelsi”ni rəsmən satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Companies House (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb. London təmsilçisi ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb.

Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib. Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.

Xatırladaq ki, fevralın 26-da Roman Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən futbol klubunun aktivləri bloklanıb.(Qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026