• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

80-ə çatan Sabir Rüstəmxanlı: "Görüləcək işlərim var..."  - SÖHBƏT

SİYASƏT

20 May 2026 | 09:49

80-ə çatan Sabir Rüstəmxanlı: Görüləcək işlərim var...  - SÖHBƏT

Azərbaycan ədəbiyyatının və ictimai fikrinin tanınmış simalarından biri olan, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı bu gün həm 80 illik yubileyini qeyd edir, həm də dövlət tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə diqqət mərkəzindədir.

Onun yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmayıb, milli düşüncənin formalaşması, müstəqillik ideyalarının güclənməsi və ictimai-siyasi proseslərdə fəal iştirakla da yadda qalıb.

Bu iki əlamətdar hadisə fonunda Bakıvaxtı.az Sabir Rüstəmxanlıya zəng edib, Xalq şairi öz həyat və fəaliyyətinə dair səmimi fikirlərini bölüşüb.

Bakıvaxtı.az söhbəti təqdim edir.

– Sabir müəllim, “Şərəf” ordeni ilə təltif olunmağınızı necə qiymətləndirirsiniz?

– Təşəkkür edirəm. Respublikanın hər sahədə — həm Qarabağda aparılan quruculuq işlərində, həm beynəlxalq münasibətlərdə, həm də Bakıda keçirilən böyük beynəlxalq forumlarda, şəhərsalma problemlərinə həsr olunmuş tədbirlərdə böyük uğurlar əldə edilir. Bütün bunların içərisində vaxt tapıb məni yad edib “Şərəf” ordeni ilə təltif ediblərsə, bunu ədəbiyyatımıza verilən yüksək qiymət kimi qəbul edirəm.

– 80 yaşınızı tamamlayırsınız. Bu ömrü necə dəyərləndirirsiniz?

– Sevinirəm ki, səksən yaşa çatdım. Nə deyim, hər halda əliboş gəlməmişəm, bir ömrümü boşuna keçirməmişəm və buna görə sevinirəm. Təkcə ədəbiyyat sahəsində deyil, həm də Azərbaycanın müstəqilliyə qovuşmasında, müstəqil dövlətin qurulmasında və inkişafında müəyyən xidmətlərim olub. Dünya azərbaycanlılarının təşkilatlanmasında da rolum var.

– Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

– Buna görə özümü rahat hiss edirəm. Ömür keçir, düzdür, lakin bu həyatda etdiyim işlərdən məmnunam və hələ görüləcək işlərim var. İnşallah, imkan daxilində onları görüb bitirəcəyəm.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 May 2026