Türkiyəli məşhur teleaparıcı-müxbir Fülya Öztürk həftəsonu Bakıda səfərdə olub
Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşıım edib.
Azərbaycan Respublikası Prezidentinin sarayında qonaq olan Öztürk, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
"Bakı... Həftəsonu ziyarətimdən görüntülər",-deyə Fülya Öztürk paylaşımında qeyd edib.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edib.
Xəyalə Rza














%20(1)jpg-1695369958.webp)






